Avstriyada tibbi maska tələbi daha 3 ay qüvvədə olacaq

Digər ölkələr
  • 25 may, 2022
  • 01:52
Avstriyada tibbi maska tələbi daha 3 ay qüvvədə olacaq

Avstriyanın paytaxtı Vyanada tibbi maska tələbi daha 3 ay qüvvədə olacaq.

"Report" xəbər verir ki, bu barədə Vyana meri Mixael Lüdviq feysbukda bildirib.

Belə ki, iyunun 1-dən koronavirusa qarşı məhdudiyyətlər çərçivəsində məcburi maska taxılması tələbinın müddəti uzadılır.

"Pandemiya hələ bitməyib. Vyanada ictimai nəqliyyatda, apteklərdə, həkim məntəqələrində və xəstəxanalarda FFP2 tipli maskanın taxılması məcburi olaraq qalır", - Lüdviq qeyd edib.