Avstriyada mağaza və restoranlar fəaliyyətə başlayır

Digər ölkələr
  • 06 aprel, 2020
  • 12:17
Avstriyada mağaza və restoranlar fəaliyyətə başlayır

Aprelin 14-dən etibarən Avstriyada bəzi kiçik mağaza və restoranlar açılacaq.

“Report” “Euronews”ə istinadən xəbər verir ki, bu barədə Avstriyanın kansleri Sebastian Kurtz aprelin 6-da keçirdiyi mətbuat konfransında bildirib.

Məlumata görə, cari ilin may ayından etibarən başqa mağaza və restoranların da açılacağı gözlənilir.

Kansler deyib ki, əhalinin nizam-intizama riayət etməsi vacibdir: “Məqsədimiz fəaliyyəti mərhələ-mərhələ yenidən bərpa etməkdir”.

Bildirilib ki, konsert kimi çoxsaylı insanı bir araya gətirən tədbirlərin iyunadək qadağan ediləcəyi gözlənilir.

44 filmi