​Avstraliyada terror aktı törətməyi planlaşdıran yeniyetmə saxlanılıb

​Avstraliyada terror aktı törətməyi planlaşdıran yeniyetmə saxlanılıb 16 yaşlı yeniyetmə Sidney şəhərinin yaxınlığındakı evində həbs edilib
Digər ölkələr
25 Aprel , 2016 01:52
​Avstraliyada terror aktı törətməyi planlaşdıran yeniyetmə saxlanılıb

Bakı. 25 aprel. REPORT.AZ/Avstraliya polisi ölkədə terror aktı törətməyə hazırlaşan yeniyetməni həbs edib. "Report" "Reyter"ə istinadən xəbər verir ki, o, bu gün keçiriləcək "Anzak" milli bayramında terror aktları törətməyi planlaşdırırmış.

Məlumata görə, 16 yaşlı yeniyetmə Sidney şəhərinin yaxınlığındakı evində həbs edilib. O, bu gün məhkəmə qarşısına çıxarılacaq.

Əgər günahı sübuta yetirilsə, onu ömürlük azadlıqdan məhrumedilmə cəzası gözləyir. Agentliyin məlumatına görə,son vaxtlar ölkədə bir neçə gənc terror aktı törətməyi planlaşdırdığına görə həbs edilib. 

Son xəbərlər

Orphus sistemi