Avstraliyada on minlərlə müəllim etiraz tətilinə çıxıb
Digər ölkələr
- 06 avqust, 2025
- 22:08
Avstraliyanın Kvinslend əyalətində 50 minə yaxın müəllim iş şəraitinin yaxşılaşdırılması tələbi ilə son 15 ildə ilk dəfə etiraz tətilinə çıxıb.
“Report” xəbər verir ki, bu barədə “9News” portalı məlumat yayıb.
“48 min müəllimin iştirak etdiyi tətil Kvinslenddəki bütün 1 266 dövlət məktəbini və 560 min şagirdi əhatə edib”, - məqalədə deyilir.
Etirazlar müəllimlərin həmkarlar ittifaqının hökumətin üç il ərzində maaşların artırılması təklifini rədd etməsindən, əvəzində müəllim çatışmazlığı problemini həll etməyi və iş yerlərində təhlükəsizliyin yaxşılaşdırılmasını tələb etməsindən sonra başlayıb.
Problemi həll etmək üçün həmkarlar ittifaqı və Nazirlər Kabinetinin nümayəndələri Kvinslend Əmək Münasibətləri Komissiyasında danışıqlar aparacaqlar.
Son xəbərlər
19:42
"ChatGPT"nin işi ilə bağlı problem yaranıb
İKT19:30
Kür çayının daşması nəticəsində Samuxda əkin sahələrini su basıb
Hadisə19:24
Kallas: Aİ-nin İsrailə təzyiq göstərmək imkanları məhduddur, lakin dialoq davam edir
Digər ölkələr19:16
"Neftçi" bəyanat yayıb: "Bir çox hakimlər komandamıza qarşı qərəzli mövqe sərgiləyib"
Futbol19:09
Xətibzadə: İranın strategiyası Trampın hədələri qarşısında dəyişməyəcək
Digər ölkələr19:03
Foto
Azərbaycan və Türkiyə arasında hərbi təhsil sahəsində görülən birgə işlər müzakirə edilib
Hərbi18:58
Tramp: İsrail ABŞ-ni İranla müharibəyə sövq etməyib
Digər ölkələr18:52
Antonio Koşta Yaxın Şərqdə sülhlə bağlı Şahbaz Şərifə zəng vurub
Digər ölkələr18:45