Yuxarı
    Bağlamaq

    "Avrostat": "Aİ ölkələri altı ildə 5 mln. miqranta vətəndaşlıq verib"

    Agentlik 2009-ci ildən 2014-cü ilə qədər Avropa vətəndaşlığının verilməsi üzrə yekunları açıqlayıb

    Bakı. 13 iyun. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) ölkələri altı il ərzində 5 mln. miqranta vətəndaşlıq verib, onların arasında birinci yeri Mərakeşdən gələn mühacirlər tuturlar. 

    "Report"  ТАСС-a istinadən xəbər verir ki, bu barədə Avropanın "Avrostat" statistika agentliyi məlumat verib. 

    Agentlik 2009-ci ildən 2014-cü ilə qədər Avropa vətəndaşlığının verilməsi üzrə yekunları açıqlayıb. 

    "Aİ-nin 28 dövləti 2009-ci ildən 2014-cü ilə qədər 5 mln.dan çox miqranta vətəndaşlıq verib",- "Avrostat"dan bildiriblər. 

    Məlumata görə, yalnız 2014-cü ildə Aİ ölkələri 890 min nəfərə vətəndaşlıq verib. İlk üç yeri Mərakeş (9,2%), Albaniya (4,1%) və Türkiyədən (3,7%) olan mühacirlər tutur. Dördüncü yerdə hindlilər gəlir (3,5%), onların əsas hissəsini Böyük Britaniya və İrlandiya qəbul edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi