Avropanın 4  ölkəsi Qəzza ilə bağlı danışıqların davam etdirilməsini alqışlayıb

Avropanın 4  ölkəsi Qəzza ilə bağlı danışıqların davam etdirilməsini alqışlayıb Böyük Britaniya, Fransa, Almaniya və İtaliyanın xarici işlər nazirləri Qəzza zolağında atəşkəslə bağlı danışıqlarda texniki işlərin davam etdirilməsini alqışlayıblar.
Digər ölkələr
17 Avqust , 2024 22:10
Avropanın 4  ölkəsi Qəzza ilə bağlı danışıqların davam etdirilməsini alqışlayıb

Böyük Britaniya, Fransa, Almaniya və İtaliyanın xarici işlər nazirləri Qəzza zolağında atəşkəslə bağlı danışıqlarda texniki işlərin davam etdirilməsini alqışlayıblar.

"Report"un məlumatına görə, bu barədə Böyük Britaniyanın xarici işlər nazirləri Devid Lemmi, Fransanın XİN başçısı Stefan Sejurne, Almaniyanın xarici siyasət idarəsinin rəhbəri Annalena Berbok və İtaliyanın xarici işlər naziri Antonio Tayaninin yaydığı birgə bəyanatda deyilir.

“Biz yaxın günlərdə həm humanitar vəziyyət, həm də girovlar və məhbuslarla bağlı konkret tədbirlərlə bağlı texniki işlərin davam etdiriləcəyini və yüksək vəzifəli məmurların müqavilə bağlamaq üçün gələn həftənin sonuna qədər yenidən toplaşacağını alqışlayırıq”, - nazirlər deyiblər.

Onlar bütün tərəfləri prosesdə müsbət və çevik şəkildə iştiraka davam etməyə çağıraraq, regionda sülh perspektivlərinə xələl gətirə biləcək hər hansı eskalasiya hərəkətlərinin qarşısının alınmasının vacibliyini vurğulayıblar.

Avqustun 15-də Dohada Qəzza zolağında atəşkəsə nail olmaq və HƏMAS hərəkatının saxladığı girovların azad edilməsi məqsədilə məsləhətləşmələrin yeni mərhələsi başlayıb. Danışıqlardan sonra Misir, Qətər və ABŞ-nin yaydığı birgə bəyanatında görüşün pozitiv atmosferdə keçdiyi qeyd edilib. Növbəti raund avqustun 21-nə planlaşdırılıb. Görüş Qahirədə keçirilməlidir.

Son xəbərlər

Orphus sistemi