Avropada peyvəndlə bağlı rəqəmli sertifikat tətbiq olunacaq

Avropada peyvəndlə bağlı rəqəmli sertifikat tətbiq olunacaq Peyvənd olunmayanlar da Aİ daxilində səyahət edə biləcəklər
Digər ölkələr
17 Mart , 2021 17:59
Avropada peyvəndlə bağlı rəqəmli sertifikat tətbiq olunacaq

Avropa Komissiyası koronavirus pandemiyası dövründə sərbəst gediş-gəlişi təmin edəcək Rəqəmli Yaşıl Sertifikatın tətbiqi ilə bağlı təklif irəli sürüb.

“Report” təşkilata istinadən xəbər verir ki, Avropa İttifaqı daxilində üzv ölkələrin vətəndaşları üçün nəzərdə tutulan həmin sertifikat sahibinin COVID-19-a qarşı peyvənd olunduğunu, testin mənfi nəticə göstərdiyini və ya sağaldığını təsbit edəcək.

Müvafiq qaydada mobil telefona yükləniləcək sertifikat saxtalaşdırma ehtimalına qarşı QR kodu və rəqəmli imza ilə də təchiz olunacaq. Eyni zamanda peyvənd olunmayanlar da Aİ daxilində səyahət edə biləcəklər.

Yeni sertifikatın iyun ayının ortalarından tətbiq olunacağı gözlənilir. Bununla yanaşı, Aİ üzvü olmayan ölkələrdəki oxşar sertifikatların tanınması məsələsinə də baxılır.

Son xəbərlər

Orphus sistemi