Avropalıların 74 faizi ölkələrinin Aİ-yə üzvlükdən böyük fayda qazandığını düşünür - SORĞU

Digər ölkələr
  • 25 mart, 2025
  • 13:11
Avropalıların 74 faizi ölkələrinin Aİ-yə üzvlükdən böyük fayda qazandığını düşünür - SORĞU

Avropada 74 faiz insan ölkələrinin Avropa İttifaqına (Aİ) üzvlükdən böyük fayda qazandığını düşünür.

“Report” xəbər verir ki, bu barədə məlumat Avropa parlamentinin martın 25-də açıqlanan “2025-ci il qış avrobarometri” sorğusunda əks olunub.

Bildirilib ki, bu, son 42 ildə qeydə alınan ən yüksək dəstək nümayişidir.

Məlumata görə, vətəndaşların 66 faizi Aİ-nin onları qlobal böhranlardan və təhlükəsizlik risklərindən qorumaqda daha vacib rol oynamasını istəyir. Bu fikir xüsusilə sorğuda iştirak edən gənc respondentlər arasında güclüdür.

Vətəndaşlar hesab edirlər ki, Aİ-nin dünyada öz mövqeyini gücləndirmək üçün diqqət yetirməli olduğu əsas sahə müdafiə və təhlükəsizlikdir (36%). İkinci yerdə isə rəqabət qabiliyyətinin artırılma istəyi, iqtisadiyyat və sənaye dayanır (32%).

44 filmi