Avropa Şurasının rəsmisi: "Müsəlmanlara qarşı baş verən ayrı-seçkilik hallarına son qoyulmalıdır”

Digər ölkələr
  • 07 iyun, 2022
  • 16:53
Avropa Şurasının rəsmisi: Müsəlmanlara qarşı baş verən ayrı-seçkilik hallarına son qoyulmalıdır”

"Avropada müsəlmanlara qarşı baş verən ayrı-seçkilik hallarına son qoyulmalıdır”.

“Report”un Fransa bürosu xəbər verir ki, bu fikirləri Avropa Şurası baş katibinin antisemitizm, müsəlmanlara və digər dinlərə qarşı ayrı-seçkilik və nifrət cinayətləri məsələləri üzrə xüsusi nümayəndəsi Daniel Höltgen bildirib.

O müsəlmanlara qarşı baş verən ayrı-seçkilik hallarının artmaqda olan qlobal problemlərdən birinə çevrildiyinə təəssüfünü qeyd edib:

“Azlıqların müdafiəsi, onların hüquqlarının qorunması Avropa Şurasının prioritet məsələlərindəndir. Müsəlmanlar sülhpərvərdir. Müsəlmanlara qarşı deyil, onlarla qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərmək lazımdır”, - xüsusi nümayəndə deyib.

Avropa Şurasının rəsmisi bu məsələdə bütün təşkilat və institutların birgə fəaliyyətinin müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.