Avropa Parlamenti təcili olaraq Əfqanıstana humanitar yardım göstərməyə çağırıb

Avropa Parlamenti təcili olaraq Əfqanıstana humanitar yardım göstərməyə çağırıb Əfqanıstan və ona qonşu olan ölkələrin təcili humantar dəstəyə ehtiyacı var.
Digər ölkələr
16 Oktyabr , 2021 04:15
Avropa Parlamenti təcili olaraq Əfqanıstana humanitar yardım göstərməyə çağırıb

Əfqanıstan və ona qonşu olan ölkələrin təcili humantar dəstəyə ehtiyacı var.

"Report" xəbər verir ki, bunu Avropa Parlamentinin Əfqanıstanla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Petras Auştravicius bildirib.

Onun sözlərinə görə, Əfqanıstan, eləcə də qonşu Pakistan, İran və Tacikistan əhalisinin əsas ehtiyaclarını ödəmək üçün dəstək lazımdır.

"Əfqanıstan humanitar, siyasi və iqtisadi fəlakətin astanasındadır. Ərzaq çatışmazlığı və yaxınlaşan qış səbəbindən əhalinin əsas ehtiyaclarını təmin etmək vacibdir", - Petras Auştravicius vurğulayıb.

O əlavə edib ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Əfqanıstan xalqına bir milyard avro məbləğində dəstək verəcəyini vəd etdiyi məbləğ humanitar vəziyyətin həlli üçün son dərəcə vacibdir.

Ümumdünya Ərzaq Təşkilatının məlumatlarına görə, bu gün təxminən 14 milyon insan aclıqla üzləşib, 2 milyon uşaq qidalanma riski altındadır, ev təsərrüfatlarının 60-80%-nin gəlirləri əhəmiyyətli dərəcədə azalıb.

Son xəbərlər

Orphus sistemi