Avropa Komissiyasının yeni prezidenti və Aİ-nin ali nümayəndəsi vəzifəsinin icrasına başlayıb
- 01 noyabr, 2014
- 12:27
Bakı. 1 noyabr. REPORT.AZ/ Avropa Komissiyasının yeni prezidenti Jan-Klod Yunker noyabrın 1-dən vəzifəsinin icrasına başlayıb. "Report" Aİ mətbuat xidmətinə istinadən xəbər verir ki, J.K.Yunker yaxın beş il ərzində Avropa Komissiyasına rəhbərlik edəcək.
Lüksemburqun sabiq baş naziri Yunker bu vəzifəyə Avropa Parlamentinin bu ilin iyul ayında keçirilən plenar sessiyasında seçilib. O, tələb olunan 376 səs əvəzinə 400 səs toplayıb.
Bu gündən Avstriyanın siyasi xadimi Yohannes Han Avropa İttifaqının genişlənmə və qonşuluq məsələləri üzrə komissarı Ştefan Füleni əvəz edəcək. Energetika üzrə komissar vəzifəsini isə Maroş Şevçoviç tutacaq.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsinə İtaliyanın hazırkı xarici işlər naziri Federika Moqerini təyin olunub.