Avropa Komissiyasının (AK) yeni tərkibi bu il noyabrın 1-də işə başlamalıdır.
"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Məlumata görə, səlahiyyət müddəti beş il nəzərdə tutulub. Avropa komissarları vəzifələrinə bütün namizədlər Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.
O, Avropa komissarları vəzifələrinə ümumilikdə 27 namizəd təklif edib: “Komandamın hər bir üzvü öz təcrübəsini və Avropa ilə bağlı perspektivlərini bölüşəcək. Biz birlikdə vahid məqsədə - Avropanı daha güclü etmək üçün çalışan bir komanda olacağıq”.
Avropa Komissiyasının prezidenti digər namizədlərin də kimliklərini açıqlayıb: “Ticarət və iqtisadi təhlükəsizlik üzrə Avropa komissarı vəzifəsinə Slovakiya nümayəndəsi Maroş Şefçoviç, iqtisadiyyat və məhsuldarlıq üzrə komissar vəzifəsinə Latviyadan Valdis Dombrovskis, iqlimin mühafizəsi və karbonsuzlaşdırma üzrə Niderlanddan Vopke Hukstra, nəqliyyat və turizm üzrə Yunanıstandan Apostolos Tsitsikostas və s təklif olunub”.
Təşkilatın yeni tərkibinin 40 faizi qadınlardan ibarət olacaq.