Texasda atışma olub, ölən və yaralanan var

Texasda atışma olub, ölən və yaralanan var Bakı. 18 yanvar. REPORT.AZ/ ABŞ-da atışma olub.
Digər ölkələr
18 Yanvar , 2019 07:20
Texasda atışma olub, ölən və yaralanan var

Bakı. 18 yanvar. REPORT.AZ/ ABŞ-da atışma olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Texas ştatında, Hyustonda, kilsənin yaxınlığındakı dayanacaqda qeydə alınıb.

Ştatın polis əməkdaşlarından birinin verdiyi məlumata görə, atışma zamanı 1 qadın öldürülüb. Qeyd edilir ki, hadisə nəticəsində həmçinin daha 1 qadın da xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatları açıqlanmır.

Daha əvvəl də Texas ştatında naməlum şəxs içərisində qadın və dörd qızının olduğu avtomobilə atəş açıb.

Son xəbərlər

Orphus sistemi