Yuxarı

ABŞ-da atışma nəticəsində uşaq ölüb

​ABŞ-da atışma nəticəsində uşaq ölüb

Bakı. 31 dekabr. REPORT.AZ/ Amerikanın Texas ştatında naməlum şəxs içərisində qadın və dörd qızının olduğu avtomobilə atəş açıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şerifin ofisinə istinadən ABC13 telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə barədə məlumat şerif ofisinə bazar günü yerli vaxtla 7.15-də daxil olub. Beş nəfər "Walmart" mağazasından çıxıb gedən zaman naməlum şəxs onların maşınının qarşısını kəsib və atəş açmağa başlayıb.

Nəticədə 7 yaşlı qız uşağı ölüb, daha bir kiçik uşağa qəlpə dəyib. Onların anası əlindən güllə yarası alıb. Digər iki qız isə xəsarətsiz ötüşüb.

Polis cinayət işinin araşdırmasını davam etdirir.

Daha əvvəl də Texas ştatında, sakinlərdən birinin azyaşlı övladının ad günü münasibətilə keçirdiyi şənlik mərasimində atışma baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi