Yuxarı

Atatürk hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib

Aeroportun ərazisinin yoxlanışı aparılır

Bakı. 26 mart. REPORT.AZ/ Brüsseldə baş vermiş hadisələrlə əlaqədar İstanbulun Atatürk aeroportunda gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq olunub.

"Report" Anadolu agentliyinə istinadən xəbər verir ki, hava limanında bütün sərnişinlərin əsaslı şəkildə yoxlanması, baqaj və əl çantalarına indiyədək baxış olsa da, bu iş daha da gücləndirilib.

Aeroportun ərazisinin yoxlanışı aparılır, hava limanına daxil olan və çıxan sərnişinlər üzərində nəzarət gücləndirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi