"Report"un Fransa bürosu xəbər verir ki, "Gender bərabərliyi üçün Avropa Şurasının daha məqsədyönlü siyasətinin gündəliyinə doğru" adlı qətnamədə üzv ölkələrə gender bərabərliyinə nail olmaq üçün tövsiyələr yer alıb.
Qətnamədə bildirilir ki, son illər Avropada qadın hüquqları sahəsində geriləmə müşahidə edilib və bundan əlavə ayrı-seçkilik hallarının baş verməsi bu problemi daha da kəskinləşdirir. Assambleya üzv ölkələri qadın hüquqlarının və gendər bərabərliyinin inkişaf etdirilməsi naminə səylərini ikiqat artırmağa dəvət edir.