Arizona ştatı seçkilərdə Co Baydenin qələbə qazandığını elan edib

Arizona ştatı seçkilərdə Co Baydenin qələbə qazandığını elan edib ABŞ-ın Arizona ştatı bildirib ki, prezident seçkilərində bu ştatda səslərin hesablanmasının nəticəsinə görə Demokrat partiyasından namizəd Co Bayden qalib gəlib.
Digər ölkələr
1 Dekabr , 2020 01:57
Arizona ştatı seçkilərdə Co Baydenin qələbə qazandığını elan edib
Co Bayden
0 : 00
0 : 00

ABŞ-ın Arizona ştatı bildirib ki, bu ştatda səslərin hesablanmasının nəticəsinə görə prezident seçkilərində Demokrat Partiyasından namizəd Co Bayden qalib gəlib.

Bu barədə “Report” CNN-ə istinadən xəbər verir.

Bununla bağlı müvafiq sənədlər artıq ştatın dövlət katibi Keti Xobbs, həmçinin seçki komissiyasının başqa şura üzvləri tərəfindən imzalanıb.

Bir sıra KİV qeydlər edir ki, demokrat ABŞ-ın hazırkı prezidenti Donald Trampı 10 min səsdən çox qabaqlayıb.

Noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Dövlət başçısı postuna əsas iddialılar demokrat Co Bayden və hazırkı prezident, respublikaçı Donald Tramp olublar.

Noyabrın 7-də aparıcı Amerika mətbu orqanları - “ABC News”, “FOX News”, CNN, AP və NBC prezident seçkilərində demokrat Co Baydenin qələbəsini elan ediblər. Rəsmi nəticələr hələ açıqlanmayıb.

Dünyanın bir sıra ölkələrinin dövlət başçıları, BMT baş katibi Baydeni qələbə münasibətilə təbrik ediblər.

Son xəbərlər

Orphus sistemi