Argentinada güclü daşqınlar nəticəsində 10 min nəfər təxliyyə olunub

Argentinada güclü daşqınlar nəticəsində 10 min nəfər təxliyyə olunub Çaylarda suyun səviyyəsi 6 metr normanı aşıb
Digər ölkələr
3 Fevral , 2018 10:43
Argentinada güclü daşqınlar nəticəsində 10 min nəfər təxliyyə olunub

Bakı. 3 fevral. REPORT.AZ/ Argentinada güclü daşqınlar səbəbindən 10 min nəfər təxliyyə olunub.

"Report" "Rusiya 24" telekanalına istinadən xəbər verir ki, ən çətin vəziyyət ölkənin şimal-qərbində yaranıb.

Leysan yağışlar nəticəsində çaylar məcrasından çıxıb, yolları tamamilə su basıb, binalara ziyan dəyib. Çaylarda suyun səviyyəsi 6 metr normanı aşıb.

Daha əvvəl ölkənin Çako əyalətində daşqın nəticəsində 9 mindən çox ev su altında qalıb. 

Vəziyyətlə əlaqədar Argentina hökuməti fövqəladə rejim tətbiq edib. 

Son xəbərlər

Orphus sistemi