Argentina Britaniyanı mübahisəli adalarla bağlı danışıqlara başlamağa çağırıb

Argentina Britaniyanı mübahisəli adalarla bağlı danışıqlara başlamağa çağırıb Argentina hökuməti yenidən Britaniya hakimiyyətini mübahisəli Folklend adaları (Malvin adaları) ilə bağlı danışıqları bərpa etməyə çağırıb və bu adaların Cənubi Amerika ölkəsinə aid olduğunu təkid edib.
Digər ölkələr
3 Yanvar , 2025 21:32
Argentina Britaniyanı mübahisəli adalarla bağlı danışıqlara başlamağa çağırıb

Argentina hökuməti yenidən Britaniya hakimiyyətini mübahisəli Folklend adaları (Malvin adaları) ilə bağlı danışıqları bərpa etməyə çağırıb və bu adaların Cənubi Amerika ölkəsinə aid olduğunu təkid edib.

“Report” xəbər verir ki, bu barədə Argentina Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

“Argentina hökuməti bir daha BMT Baş Assambleyasının qətnamələrinə uyğun olaraq bu suverenlik mübahisəsinin həllini tapacaq və Malvin adalarının müstəmləkə statusuna son qoyacaq ikitərəfli danışıqları bərpa etməyə hazır olduğunu nümayiş etdirir.

Argentina Böyük Britaniya tərəfindən Buenos Ayresin Argentinaya aid hesab etdiyi sularda bərpa olunan və bərpa olunmayan təbii ehtiyatların kəşfiyyatı və işlənməsi əməliyyatlarını pisləyir, hesab edir ki, bu addımlar BMT qətnamələrini pozur”, - deyə bəyanatda vurğulanıb.

Eyni zamanda XİN hökumətin Böyük Britaniya ilə konstruktiv münasibətlər saxlamaq istədiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi