Antalyada kanat yoluna texniki xidmət həyata keçirən şirkətin sertifikatı olmayıb

Antalyada kanat yoluna texniki xidmət həyata keçirən şirkətin sertifikatı olmayıb Türkiyənin Antalya şəhərində bir gün əvvəl qəzanın baş verdiyi kanat yoluna texniki qulluq edən şirkət ölkənin Sənaye və Texnologiya Nazirliyi tərəfindən sertifikatlaşdırılmayıb.
Digər ölkələr
13 Aprel , 2024 17:08
Antalyada kanat yoluna texniki xidmət həyata keçirən şirkətin sertifikatı olmayıb

Türkiyənin Antalya şəhərində bir gün əvvəl qəzanın baş verdiyi kanat yoluna texniki qulluq edən şirkət ölkənin Sənaye və Texnologiya Nazirliyi tərəfindən sertifikatlaşdırılmayıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin açıqlamasında qeyd edilir.

Mərkəz sosial şəbəkələrdə şirkətə nazirlik tərəfindən icazə verilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Xatırladaq ki, aprelin 12-də Antalyada kanat dayağının uçması nəticəsində kabinələrdən biri qayalıq yamaca düşüb. Nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Son məlumata görə, xilasedicilər kanatda qalmış 184 nəfərdən 137-ni təxliyə edə bilib.

Son xəbərlər

Orphus sistemi