Amerikalıların əksəriyyəti Donald Trampın impiçmentinə qarşıdır - SORĞU

Amerikalıların əksəriyyəti Donald Trampın impiçmentinə qarşıdır - SORĞU ABŞ əhalisinin yarıdan az hissəsi Prezident Donald Trampın impiçmentinə tərəfdardır.
Digər ölkələr
4 İyul , 2019 12:56
Amerikalıların əksəriyyəti Donald Trampın impiçmentinə qarşıdır - SORĞU

ABŞ əhalisinin yarıdan az hissəsi Prezident Donald Trampın impiçmentinə tərəfdardır.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə “Gallup” təhlil mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələrinə görə ölkə başçısının impiçmentinə iştirakçıların 45 faizi tərəfdar çıxdığı halda 53 faizi bunun əleyhinə olduqlarını bildiriblər.

Bununla yanaşı, ABŞ prezidentinin impiçmenti fikrini iqtidardakı Respublikaçılar Partiyası tərəfdarlarının 7 faizi, müxalifətdəki Demokrat Partiyası tərəfdarlarının 81 faizi, bitərəf iştirakçıların da 46 faizi dəstəkləyib.

Donald Trampın dövlət başçısı kürsüsündəki fəaliyyətini sorğu iştirakçılarının 41 faizi bəyənib.

Qeyd edək ki, hazırda Nümayəndələr Palatasının demokrat millət vəkilləri Prezident Trampın impiçmentilə bağlı müvafiq prosedura başlayıb-başlamamaq barədə müzakirələr aparırlar.

Ötən il keçirilən bənzər sorğunun da iştirakçılarının yarıdan az hissəsi Donald Trampın impiçmenti fikrini dəstəkləmişdi.

Son xəbərlər

Orphus sistemi