ABŞ sakinlərinin 68%-i ölkə başçısı Donald Trampın koronavirus pandemiyası ilə bağlı dediklərinə inanmır.
“Report” xəbər verir, bu barədə ABC məlumat verib.
“Ipsos” tədqiqat xidməti tərəfindən aparılan sorğuda iştirak edənlərin 67%-i ABŞ prezidentinin infeksiyanın yayılmasına qarşı mübarizədə çox yavaş hərəkət etdiyini söyləyib. Eyni zamanda sakinlərin 31%-i dövlət başçısının düzgün istiqamətdə getdiyini qeyd edib və yalnız 1% respondent onun həddindən artıq tələsik qərar qəbul etdiyini bildirib.
Qeyd olunur ki, Trampı dəstəkləyənlərin əksəriyyəti Respublikaçılar Partiyasının tərəfdarları olub. Belə ki, respondentlərin 69%-i ölkə liderinin COVID-19 ilə mübarizə tədbirləri ilə bağlı kursunu dəstəkləyib.
Respondentlərin təxminən 35%-i ABŞ prezidentinin pandemiyanın nəticələrinin aradan qaldırılması ilə bağlı siyasətini bəyənir.