Amerikalı düşərgədə uşaqları terror hücumlarına hazırlaşdırıb

Amerikalı düşərgədə uşaqları terror hücumlarına hazırlaşdırıb Bakı. 9 avqust. REPORT.AZ/ ABŞ hüquq-mühafizə orqanları öz əlil oğlunu qaçıran və uşaqları ABŞ məktəblərində silahlı hücumlara hazırlaşdırmaq üçün düşərgə təşkil edən şəxsi həbs edib.
Digər ölkələr
9 Avqust , 2018 10:27
Amerikalı düşərgədə uşaqları terror hücumlarına hazırlaşdırıb

Bakı. 9 avqust. REPORT.AZ/ ABŞ hüquq-mühafizə orqanları öz əlil oğlunu qaçıran və uşaqları ABŞ məktəblərində silahlı hücumlara hazırlaşdırmaq üçün düşərgə təşkil edən şəxsi həbs edib.

Bu barədə "Report" AP-yə istinadən xəbər verir.

Saxlanılan Sirac Vahhac ötən ilin dekabrında Corciya ştatında anası ilə yaşayan 4 yaşlı oğlunu qaçırıb. Daim tibbi yardıma ehtiyacı olan uşağın meyiti S.Vahhacın Nyu-Mexiko ştatı ərazisində təşkil etdiyi təlim düşərgəsinin ərazisində tapılıb.

Düşərgədə həmçinin yetkinlik yaşına çatan 4 gənc və 15 yaşınadək olan 11 uşaq yaşayıb. Onlara odlu silahlardan, o cümlədən avtomatlardan atəş açmaq öyrədilib.

Qeyd edilir ki, uşaqların hamısı yorğun, tükənmiş vəziyyətdə olublar. Bütün şübhəlilər həbs olunublar. Onlar uşaqlara kobud rəftar göstərməkdə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi