"Amazon" şirkətində Trampın tvitləri olan tualet kağızları satışa çıxarılıb

"Amazon" şirkətində Trampın tvitləri olan tualet kağızları satışa çıxarılıb Kağızlar arasında Trampın prezident seçilməsindən əvvəlki fikirlərinin yer aldığı tvitlər də var
Digər ölkələr
5 Avqust , 2017 07:46
Amazon şirkətində Trampın tvitləri olan tualet kağızları satışa çıxarılıb

Bakı. 5 avqust. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın tvitləri olan tualet kağızları "Amazon" onlayn fərdi satış şirkətində satışa çıxarılıb.

"Report" xəbər verir ki, bu barədə "Washington Examiner" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, kağızlar arasında Trampın prezident seçilməsindən əvvəlki fikirlərinin yer aldığı tvitlər də var. Bir tualet kağızı bağlamasının ekspress çatdırılma ilə birlikdə qiyməti 11,99 dollardır. 

Qəzetin məlumatına görə, cümə gününün birinci yarısında "Amazon" kağzıların satışından uzaqlaşmaq qərarına gələrək onu üçüncü şəxs vasitəsilə almağı təklif edib.

Qeyd olunur ki, Donald Tramp dəfələrlə "Amazon" internet şirkətinin sahibi Cef Bezosu, həmçinin onun sahibi olduğu "The Washington Post" qəzetini tənqid edib. ABŞ prezidenti nəşri yalan xəbərlər hazırlamaqda ittiham edib və bildirib ki, Ceff Bezos qəzetdən fərdi satışı yüksək vergilərdən müdafiə etmək üçün istifadə edir. 

Son xəbərlər

Orphus sistemi