Almaniyanın müdafiə naziri Boris Pistorius hərbi xərclərin artırılmasının vacibliyini vurğulayıb.
“Report” xəbər verir ki, bu barədə almaniyalı nazir Bundestaqda çıxışı zamanı müvafiq açıqlama verib.
“Təhlükəsizlik pulsuz gəlmir. Müharibənin qarşısını ancaq ona hazırlaşanlar ala bilər”, - o vurğulayıb. Eyni zamanda Pistorius qeyd edib ki, hərbi xərclərin maliyyələşdirilməsi düzgün istiqamətdə gedir.
Onun sözlərinə görə, Almaniya ordusunun inkişafına 72 milyard avro ayrılacaq ki, bu da Bundesverin bütün tarixində ən böyük məbləğdir:
“NATO-nun 2024-cü ildə ÜDM-in 2%-i olan müdafiə xərclərinə çatacaq. Bundesver üçün 100 milyard avro məbləğində xüsusi fond tükəndikdən sonra da müdafiə büdcəsinin daim artırılması lazım olacağı aydındır. Lazım olan etibarlı şəkildə planlaşdırılan büdcədir”.