Almaniyalı nazir Ukrayna ilə bağlı Avropa və NATO-nu kəskin tənqid edib

Almaniyalı nazir Ukrayna ilə bağlı Avropa və NATO-nu kəskin tənqid edib “Avropa və NATO Ukrayna ilə bağlı səhvə yol verərək onun NATO-ya üzv olmasına mane oldu”.
Digər ölkələr
14 Mart , 2022 03:48
Almaniyalı nazir Ukrayna ilə bağlı Avropa və NATO-nu kəskin tənqid edib

“Avropa və NATO Ukrayna ilə bağlı səhvə yol verərək onun NATO-ya üzv olmasına mane oldu”.

“Report” xəbər verir ki, bunu Almaniyanın İqtisadiyyat naziri Robert Habek “Frankfurter Allgemeine” nəşrinə müsahibəsində deyib.

“Avropa, NATO və Qərb üçün Ukraynaya qapını açıq saxlamaq və eyni zamanda: ora gedə bilməzsən demək səhv idi. Ukrayna özünü iki odun arasında hiss edir. Bir tərəfdən o, demokratiya və azadlıq istiqamətində işləməyə və Qərbə baxmağa təşviq edilir, digər tərəfdən də ona qoşulmağa icazə verilmir.

Biz Ukraynanı Rusiyadan qorumağa söz verdik, lakin Ukraynanı NATO tərəfdaşı kimi görmək istəmədik, biz Krımın ilhaqını beynəlxalq hüququn pozulması kimi pislədik, lakin “Şimal axını 2”ni qurduq, biz Ukraynanın özünü müdafiə etməsini və bununla da Avropanın təhlükəsizliyini təmin etməsini istəyirdik, amma bizim silahlarımızla yox. Etiraf etməliyik ki, mövqeyimizdə qeyri-sabit idik”, - Habek bildirib.

Ukraynadakı müharibənin qarşısını almaq mümkün olub-olmamasından danışan Habek bildirib: “İndi geriyə baxsanız, nəzəri cəhətdən fərqli şəkildə edilə bilən çox şey var. Hər biri fərqli ssenariyə gətirib çıxarardı”.

Son xəbərlər

Orphus sistemi