Almaniyada qasırğa nəticəsində 7 nəfər ölüb

Almaniyada qasırğa nəticəsində 7 nəfər ölüb Berlindən ölkənin şimal, cənub və şərq istiqamətində sərnişin qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılıb
Digər ölkələr
6 oktyabr 2017 12:04
Almaniyada qasırğa nəticəsində 7 nəfər ölüb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Almaniyada “Xavier” qasırğası nəticəsində 7 nəfər ölüb.

“Report” "Haberturk"ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Meteoroloji Xidməti məlumat yayıb.

Berlindən ölkənin şimal, cənub və şərq istiqamətində sərnişin qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Qasırğa Berlin və Brandenburq əyalətlərində daha güclü olub.

Polis Brandenburqda 4, Hamburqda 1, Berlində 1, Mecklenburg-Vorpommerndə 1 nəfərin öldüyünü bildirib.

Qasırğanın sürəti saatda 180 km olub. 

Orphus sistemi