Almaniyada muzeydən yüzlərlə qızıl sikkə oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Digər ölkələr
  • 19 iyul, 2023
  • 22:29
Almaniyada muzeydən yüzlərlə qızıl sikkə oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Almaniyanın şimal-şərqində 2022-ci ildə muzeydən yüzlərlə qədim qızıl sikkə oğurlamaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə DPA agentliyi istintaqa yaxın olan mənbələrə istinadən məlumat yayıb.

Cinayət 2022-ci il noyabrın 22-nə keçən gecə Manxinq yaşayış məntəqəsində (Bavariya) törədilib. Bir neçə nəfər orada yerləşən Kelt və Qədim Roma dəyərləri muzeyinə soxularaq oradan bizim eradan 100 il əvvəl hazırlanmış 500-ə yaxın qızıl sikkə oğurlamışdı. Onların dəyəri bir neçə milyon avro qiymətləndirilir.

Saxlanılmalar Şverin şəhərində və onun ətrafında (Meklenburq - Ön Pomeraniya) həyata keçirilib. Axtarışlar zamanı oğurlanmış əşyaların bir hissəsi aşkar edilərək götürülüb.

Digər təfərrüatlar açıqlanmır.

Son xəbərlər

Bütün Xəbər Lenti