Almaniyada mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var

Almaniyada mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var Bakı. 3 avqust. REPORT.AZ/ Almaniyada mikroavtobus qəzaya uğrayıb.
Digər ölkələr
3 Avqust , 2018 03:38
Almaniyada mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var

Bakı. 3 avqust. REPORT.AZ/ Almaniyada mikroavtobus qəzaya uğrayıb.

Bu barədə "Report" "Bild"ə istinadən xəbər verir.

Məlumata görə, 15-19 yaşlı yeniyetmə və gəncləri daşıyan nəqliyyat vasitəsi yük maşını ilə toqquşub. Hadisə nəticəsində 10 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəza ilə əlaqədar yolda hərəkət çətinləşib. Magistral yolda uzunluğu 10 kilometrə çatan tıxac yaranıb.

Hadisənin başvermə səbəbi açıqlanmır. 

Son xəbərlər

Orphus sistemi