Almaniyada koronavirusun yayılması səngiyib

Almaniyada koronavirusun yayılması səngiyib Almaniyada ötən sutkada 177 nəfərə koronavirus diaqnozu qoyulub.
Digər ölkələr
18 May , 2020 09:14
Almaniyada koronavirusun yayılması səngiyib
0 : 00
0 : 00

Almaniyada ötən sutkada 177 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.

Bununla da Almaniyada qeydə alınan yoluxma hallarının sayı 174 697-yə yüksəlib.

Bundan başqa, koronavirusdan ölənlərin sayı daha 14 nəfər artaraq 7 935-ə çatıb.

Bildirilib ki, ölkədə indiyədək 154,6 mindən çox insan bu infeksiyadan sağalıb.

Qeyd edək ki, ötən gün Almaniyada 583 yoluxma faktı qeydə alınmışdı

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,8 milyonu ötüb. Bunların 1,8 milyon nəfərdən çoxu sağalıb, 316 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi