Almaniyada COVID-19-a yoluxanların sayı 174 mini ötdü

Almaniyada COVID-19-a yoluxanların sayı 174 mini ötdü Almaniyada daha 583 nəfər koronavirus analizlərinin müsbət nəticəsini alıb.
Digər ölkələr
17 May , 2020 08:33
Almaniyada COVID-19-a yoluxanların sayı 174 mini ötdü

Almaniyada daha 583 nəfər koronavirus analizlərinin müsbət nəticəsini alıb.

Bu barədə “Report” Robert Kox İnstitutuna istinadən xəbər verir.

Qeyd edilir ki, ölkədə pandemiya ərzində koronavirusa ümumilikdə 174 355 yoluxma qeydə alınıb. Bundan başqa, bir gündə 33 pasiyent virusun qurbanı olub.

Ölkədə ölüm hallarının ümumi sayı 7 914-ə çatıb.

Bu halda COVID-19 infeksiyasından 153,4 min insan sağalıb.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi