Almaniyada bir gün ərzində koronavirusa 685 yoluxma aşkarlanıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19-a yoluxmanın statistikasını aparan Robert Kox İnstitutu bildirib.
Məlumata görə, ölkədə son bir gündə COVID-19-dan 139 insan ölüb.
Qeyd edilir bütün pandemiya ərzində həkimlər 163 860 insanda koronavirus aşkar ediblər. Yeni virusdan ümumilikdə 6 831 nəfər ölüb, sağalanların sayı 135 mini ötüb.
Almaniyada koronavirusa yoluxma hallarının ən böyük sayı Bavariyada (43 162) aşkarlanıb. Şimali Reyn-Vestfaliyada (33 728) və Baden-Vürtemberqdə (32 482) koronavirusa yoluxma halları yüksəkdir. Paytaxt Berlində COVID-19 6 042 yoluxma qeydə alınıb.
Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.