Almaniyada 70 min şirkət iflas təhlükəsi ilə üzləşib - VİDEO

Almaniyada 70 min şirkət iflas təhlükəsi ilə üzləşib - VİDEO Almaniyada koronavirusla bağlı qadağaların yumşaldılmasına baxmayaraq, bir çox əyalətdə insanlar normal həyata qayıtmağa çətinlik çəkirlər.
Digər ölkələr
246
16 May , 2020 12:51
Almaniyada 70 min şirkət iflas təhlükəsi ilə üzləşib - VİDEO

Almaniyada koronavirusla bağlı qadağaların yumşaldılmasına baxmayaraq, bir çox əyalətdə insanlar normal həyata qayıtmağa çətinlik çəkirlər. 

“Report”un Avropa bürosunun məlumatına görə, ticarət, ictimai iaşə, məişət və digər xidmət növü üzrə fəaliyyət göstərən obyektlərin açılmasına icazənin verildiyi Şimali Reyn-Vestfaliya əyalətində iş adamlarına dövlət dəstəyinin hələ də göstərilməməsi müştəri sarıdan korluq çəkən ticarət obyekti və restoranların ard-arda bağlanmasına səbəb olub. 

Mağaza və restoranlarda 1,5 metrlik məsafənin gözlənilməsi, yalnız məhdud sayda müştərilərin ticarət obyektlərinə daxil olmasına icazə verilməsi kimi tədbirlər bu məkanların gündəlik nəzərdə tutulan qazancdan iki dəfə az gəlir əldə etməsinə səbəb olub.

Alman Otel və Restoran Birliyindən (Dehoga) “Report”un sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkədə 2,4 milyondan çox insanın çalışdığı qastronomiya sektoru böhranlı günlərini yaşayır. Belə ki, əgər dövlətin maddi dəstəyi olmasa, üç restorandan biri birdəfəlik bağlanacaq. Bu sektorda olan 70 min şirkət iflas təhlükəsi ilə üzləşəcək.

Birliyin məlumatında qeyd olunub ki, 223 min şirkət koronavirusla bağlı karantin qaydalarının tətbiq olunduğu ilk gündən aprel ayına kimi 10 milyard avrodan çox vəsait itirib.

Alman Otel və Restoran Birliyi qastronomiya sektorunun hazırkı vəziyyətdən az zərərlə çıxması üçün əlavə dəyər vergisinin 7%-ə qədər endirilməsini, müəssisələr üçün xilas fondunun yaradılmasını təklif edib.

Son məlumata görə, Almaniyada koronavirusa yoluxanların sayı 173 mini keçib. 7 870 nəfər bu virus səbəbindən həyatını itirib. 

Orphus sistemi