Almaniya XİN başçısı SEPAH-ın terror təşkilatı kimi tanınmasının tərəfdarıdır

Almaniya XİN başçısı SEPAH-ın terror təşkilatı kimi tanınmasının tərəfdarıdır Almaniyanın xarici işlər naziri Annalena Berbok İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) Avropa İttifaqı (Aİ) səviyyəsində terror təşkilatı kimi tanınmasının tərəfdarıdır.
Digər ölkələr
31 Oktyabr , 2024 23:45
Almaniya XİN başçısı SEPAH-ın terror təşkilatı kimi tanınmasının tərəfdarıdır

Almaniyanın xarici işlər naziri Annalena Berbok İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) Avropa İttifaqı (Aİ) səviyyəsində terror təşkilatı kimi tanınmasının tərəfdarıdır.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə Nyu Yorkda jurnalistlərə açıqlamasında bildirib.

“Aİ-də biz, Almaniya hökuməti, mən, Almaniyanın xarici işlər naziri olaraq, müxtəlif sanksiya rejimləri altında yüzlərlə məsul şəxsə qarşı sanksiya tətbiq etmişik. Düsseldorf Ali Məhkəməsinin qərarından sonra bizə hüquqi əsas yaranıb ki, İslam İnqilabı Keşikçiləri Korpusunu terrorçular siyahısına salaq”, - o deyib.

Qeyd edək ki, daha əvvəl Almaniya hökumətinin öz ərazisindəki İranın bütün baş konsulluqlarını bağladığı məlum olmuşdu.

Son xəbərlər

Orphus sistemi