Almaniya XİN: Berlin Kiyevə silah istehsalını sürətləndirməkdə kömək etmək niyyətindədir - YENİLƏNİB
- 30 iyun, 2025
- 17:06
Almaniya Ukraynaya silah istehsalını sürətləndirməkdə yardım etmək niyyətindədir.
“Report” xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful Ukraynaya səfəri zamanı bildirib.
"Biz birgə layihələr yaratmaq istəyirik ki, Ukrayna öz müdafiəsi üçün daha sürətli və daha çox silah istehsal edə bilsin, çünki onun ehtiyacı böyükdür", - o qeyd edib.
Nazirin sözlərinə görə, iki ölkənin Ukrayna ərazisində silah istehsalı üzrə əməkdaşlığı Almaniyanın Ukraynaya hərbi yardım göndərməsinin məntiqi davamıdır.
"Biz öz vəzifəmizi Ukraynaya yardım etməkdə görürük ki, o, daha güclü mövqedən danışıqlar apara bilsin", - o qeyd edib.
09:34
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Kiyevə elan olunmamış səfər edib.
“Report” xəbər verir ki, bu barədə Almaniya XİN məlumat yayıb.
Y.Vadefuhl Almaniya hökumətinin Ukraynaya dəstəyə tam fokuslanmağı, cümlədən müasir hava hücumundan müdafiə vasitələri və digər silahlarla təminatı, humanitar və iqtisadi yardımı davam etdirəcəyini bildirib. O, həmçinin Almaniyanın Aİ və G7-dəki tərəfdaşları ilə birlikdə Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləməyə davam edəcəyini iddia edib.
DPA agentliyinin məlumatına görə, səfərdə naziri Almaniyanın müdafiə sənayesinin nümayəndələri müşayiət edirlər.