““Leopard 2” tankları Ukraynaya təxminən 3 aya çatdırıla bilər”.
“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
O bildirib ki, əvvəlcə Ukrayna hərbçiləri həmin tanklardan istifadəni öyrənməlidirlər.
Nazir “Leopard 2” tanklarının Ukraynaya tədarükünə dair qərarın tarixi əhəmiyyət kəsb etdiyini söyləyib: “Müharibə davam etdikcə Almaniyanın Ukraynaya silah tədarükü davam edəcək”.
Almaniya hökuməti Ukraynaya “Leopard 2” tanklarının tədarükünü təsdiqləyib.
“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts açıqlama verib.
Onun sözlərinə görə, ölkəsi Kiyevə 14 “Leopard 2” tankı göndərəcək. Üstəlik, Almaniya müttəfiqlərə Ukraynaya bu tankların göndərilməsi üçün icazə verəcək.
“Bu qərar imkanlarımız çərçivəsində Ukraynaya məlum dəstək xəttimizə uyğundur”, - O.Şolts vurğulayıb.