Almaniya Ukraynaya daha iki “Gepard” zenit-raket kompleksi verib
Digər ölkələr
- 08 mart, 2023
- 17:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bir həftə ərzində Almaniya hökuməti Ukraynaya daha iki “Gepard” özüyeriyən zenit-raket kompleksi, habelə onlar üçün 6000-ə yaxın sursat təhvil verib.
“Report” xəbər verir ki, bu, rəsmi Berlinin Kiyevə təqdim etdiyi silahların yenilənmiş siyahısında göstərilib.
Almaniya Nazirlər Kabinetinin məlumatına görə, Rusiya hərbi əməliyyatı başlayandan bəri Kiyev cəmi 34 “Gepard” özüyeriyən zenit-raket kompleksi alıb. Ötən həftə Almaniya hakimiyyəti Ukraynaya iki patrul zirehli maşını da göndərib.
Qeyd edək ki, Almaniya hökuməti 2022-ci il yanvarın 1-dən 2023-cü il martın 6-dək olan müddətdə 2,6 milyard avrodan artıq hərbi təyinatlı məhsulların ixracı üçün ayrıca icazələr verib.
Son xəbərlər
17:39
"Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib
Futbol
17:36
AMB-nin iştirakı ilə hazırlanmış Sosial Taksonomiya Alətlər Toplusu müzakirə edilib
Maliyyə
17:31
Foto
AZAL 2025-ci ilin dayanıqlılıq hesabatını təqdim edib
İnfrastruktur
17:30
"Sumqayıt"ın məşqçi və futbolçu heyəti üçün seminar keçirilib
Futbol
17:22
Ermənistan ordusunun Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edilib
Region
17:19
Azərbaycan buğda idxalına çəkdiyi xərci 17 %-ə yaxın artırıb
Biznes
17:15
Foto
Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri məlum olub
Fərdi
17:15
Qaradağda 24 kiloqrama yaxın narkotik aşkarlanıb
Hadisə
17:12
ADY: Xırdalandan Sumqayıta sərnişindaşıma ilin sonuna qədər bərpa ediləcək
İnfrastruktur