Yuxarı

Almaniya uçuşların təhlükəsizliyi baxımından Avropada ən pis ölkələrdən biridir

EASA: Almaniyada ekipaj üzvlərinin təlim normaları və onların iş vaxtına olan məhdudiyyətlər pozulur

Bakı. 25 aprel. REPORT.AZ/ Almaniya uçuşların təhlükəsizliyi baxımından Avropada ən pis ölkələrdən biri kimi tanınır. "Report" xəbər verir ki, bu barədə Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) "The Wall Street Journal" nəşrində dərc edilən hesabatında məlumat verilib.

Qeyd olunub ki, almaniyalı tənzimləyicilər 15-dən çox əsas sahədə Avropa İttifaqının uçuşla bağlı təhlükəsizlik qaydalarına əməl olunmasını dəstəkləmək və ya təmin etmək iqtidarında deyil. Eyni zamanda Albaniya, Bosniya və Herseqovina və Slovakiya kimi daha kasıb ölkələrin EASA-nın təlimatlarını daha yaxşı həyata keçirdiyi bildirilib.

Həmçinin, EASA Almaniyada ekipaj üzvlərinin təlim normaları və onların iş vaxtına olan məhdudiyyətlərin pozulduğunu xəbər verib. Qeyd edilib ki, 2011-ci ildə Almaniya uçuşlarda təhlükəsizliyi təmin etmək normalarını yerinə yetirməməsiylə əlaqədar agentlik tərəfindən xəbərdarlıq alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi