Almaniya Qəzza zolağının əhalisinə daha 50 milyon avroluq humanitar yardım ayıracaq.
"Report" xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Barbok iordaniyalı həmkarı Ayman əs-Səfədi ilə görüşdən sonra “X” sosial şəbəkəsində bəyan edib.
O qeyd edib ki, yeni tranş nəzərə alınmaqla, 2023-cü ildən indiyədək Berlindən Qəzzalılara verilən dəstəyin həcmi 360 milyon avronu keçib.
“İordaniyadakı suriyalı qaçqınlara humanitar yardım da 12,7 milyon avro artırılacaq”, - A.Berbok vurğulayıb.
Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, İordaniyaya humanitar yardım 2024-cü ildə 63 milyon avroya yüksələcək.
XİN-dən bildirilib ki, Almaniya “İordan dəhlizi” adlanan yol boyunca yük maşınları tərəfindən yardımın tədarükünü davam etdirmək üçün əlavə 5 milyon avro ayıracaq.