Yuxarı
    Bağlamaq

    Almaniya İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulub

    Almaniya ordusu 2016-cı il dekabrın 31-dək İŞİD-ə qarşı koalisiyada iştirak edəcək

    Bakı. 4 dekabr. REPORT.AZ/ Almaniya parlamenti (Bundestaq) hökumətin Suriyadakı beynəlxalq antiterror koalisiyasına qoşulması haqda qərarını təsdiqləyib.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, 598 deputatdan 445-i qərarın lehinə, 146-sı isə əleyhinə səs verib.

    Bundestaqdan sonra qərarı Almaniyanın 16 Torpağının təmsilçilərindən ibarət Bundesrat da təsdiqləməlidir.

    Məlumata görə, Almaniya ordusu 2016-cı il dekabrın 31-dək İŞİD-ə qarşı koalisiyada iştirak edəcək. Hökumət bunun üçün 134 milyon avro maliyyə vəsaiti ayırıb.

    Qeyd edək ki, Bundesrat sənədi təsdiqləsə, o zaman Almaniya Suriyadakı beynəlxalq antiterror koalisiyasına qoşularaq, bölgəyə "Tornado" adlı kəşfiyyatçı təyyarə, hərbi gəmi və 1200-ə yaxın əsgər göndərəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi