Albaniya yeni prezidentini seçib

Albaniya yeni prezidentini seçib Dövlət başçısının səlahiyyət müddəti 5 ildir
Digər ölkələr
29 Aprel , 2017 05:45
Albaniya yeni prezidentini seçib

Bakı. 29 aprel. REPORT.AZ/ Albaniya parlamenti İnteqrasiya naminə Sosial Hərəkatın lideri İlir Metanı ölkənin yeni prezidenti seçib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, prezident səsvermənin dördüncü dövrəsində 87 səs "lehinə" və 2 səs "əleyhinə" olmaqla seçilib.

Dövlət başçısının səlahiyyət müddəti 5 ildir, lakin Albaniyada o, əsasən mərasim funksiyalarını icra edir.

Son xəbərlər

Orphus sistemi