Avropa İttifaqı Sloveniyaya daşqınların nəticələrini aradan qaldırmaq üçün 400 milyon avro ayıracaq.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen bildirib ki, Sloveniya ilk 100 milyonu bu ilin sonuna, qalan vəsaiti isə 2024-cü ildə alacaq. O, həmçinin 2027-ci ilə qədər Aİ-nin birləşmə fondlarından 3,3 milyard avroya qədər əlavə vəsaitin ayrılması imkanından danışıb.
Sloveniyanın baş naziri daşqınların milyardlarla avro ziyana səbəb olduğunu deyib. Sloveniya hökuməti və Aİ yenidənqurma və maliyyələşdirməni əlaqələndirmək üçün işçi qrupu yaradacaq.
Qeyd edək ki, Sloveniyada güclü yağışlar irimiqyaslı daşqınlara səbəb olub. Ölkənin mərkəzi və şimal əraziləri su altında qalıb. Torpaq sürüşmələri qeydə alınıb, bütün şəhərlər işıqsız qalıb, azı 6 nəfər ölüb.