Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri bu gün - mayın 6-da Rusiyaya qarşı yeni, sayca altıncı sanksiyalar paketini müzakirə edəcəklər.
“Report” xəbər verir ki, bu barədə Fransanın Aİ-dəki sədrliyinin tviterdə dərc olunmuş məlumatında deyilir.
“Sabahın gündəliyində altıncı sanksiyalar paketinin və ərzaq təhlükəsizliyi sahəsindəki vəziyyətin müzakirəsi var”, - məlumatda bildirilir.
Aİ Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyata görə Rusiyaya qarşı altıncı sanksiyalar paketini tətbiq etməyə hazırlaşır. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Strasburqda Avropa Parlamentinin sessiyasında çıxış edərkən Aİ ölkələrinə Rusiya neftindən mərhələli şəkildə imtina etməyə başlamağı, “Sberbank” da daxil olmaqla, daha üç Rusiya bankını SWIFT banklararası ödəniş sistemindən ayırmağı, Aİ-də Rusiyanın üç dövlət telekanalının yayımını dayandırmağı təklif edib.