Aİ rəhbərliyi arasında intriqalar Almaniya ilə fikir ayrılığına səbəb olub

Aİ rəhbərliyi arasında intriqalar Almaniya ilə fikir ayrılığına səbəb olub Avropa İttifaqının rəhbərliyində qurumun ətraf mühit siyasətinin gələcəyi ilə bağlı intriqalar və fərqli baxışlar Almaniya hakimiyyəti ilə fikir ayrılığına səbəb olub.
Digər ölkələr
19 May , 2024 05:39
Aİ rəhbərliyi arasında intriqalar Almaniya ilə fikir ayrılığına səbəb olub

Avropa İttifaqının rəhbərliyində qurumun ətraf mühit siyasətinin gələcəyi ilə bağlı intriqalar və fərqli baxışlar Almaniya hakimiyyəti ilə fikir ayrılığına səbəb olub.

“Report” xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı yazıb.

Belə ki, Almaniya hökuməti ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında Avropa İttifaqının “Yaşıl kurs” ekoloji strategiyası ilə bağlı fikir ayrılıqları yaranıb.

Qeyd olunub ki, Almaniya hökuməti ilə Mişel arasında Aİ siyasətinin gələcəyi ilə bağlı mübahisə yaranır. Avropa İttifaqı Şurasının 2024-cü ildən 2029-cu ilə qədər olan dövr üçün siyasi bələdçisinə çevrilməli olan və iyunun sonunda keçiriləcək sammitdə qəbul olunacaq Avropa Şurasının rəhbəri tərəfindən hazırlanan “yeni strateji gündəm” layihəsində iqlim böhranı yalnız kiçik bir yer tutur.

Yeni strategiyada 2050-ci ilə qədər xalis sıfır karbon emissiyasına nail olmaq üçün Aİ-nin əsas iqlim dəyişikliyi layihəsi olan “Yaşıl kurs” tamamilə yoxdur. Yaşılların rəhbərlik etdiyi Almaniya Xarici İşlər Nazirliyində bu, çaşqınlıqla qarşılanıb.

Almaniya Xarici İşlər Nazirliyinin Avropa İşləri və İqlim Məsələləri üzrə Dövlət Naziri Anna Lyurmanın sözlərinə görə, Berlin iqlimin qorunması və rəqabət qabiliyyətini öz strateji gündəmində birinci yerdə görmək istərdi.

Almaniyalı səlahiyyətlilər hesab edir ki, Avropa iqlimi qorumaq üçün iddialı tədbirlərdə birinci yerdə olmalıdır. Jurnal vurğulayıb ki, “Yaşıl kurs” ekoloji strategiyasının gündəmdə olmamasının səbəblərindən biri iqlimin qorunmasına dair qanunvericilik paketinin Mişelin rəqabət apardığı Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin mərkəzi layihəsi olması ilə bağlı ola bilər.

“Yaşıl kurs” ekoloji strategiyası 2019-cu ilin sonunda Aİ tərəfindən qəbul edilib. O, ətraf mühitin çirklənməsinin azaldılmasını və biomüxtəlifliyin qorunmasını nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi