Aİ-nin sanksiyalarının pozulmasına görə cinayət məsuliyyətinin tətbiqini nəzərdə tutan qanun razılaşdırılıb

Aİ-nin sanksiyalarının pozulmasına görə cinayət məsuliyyətinin tətbiqini nəzərdə tutan qanun razılaşdırılıb Avropa İttifaqı Şurası və Avropa Parlamenti Avropa İttifaqı (Aİ) sanksiyalarının pozulmasının cinayət məsuliyyətinə cəlb edilməsinə dair direktiv üzərində razılığa gəliblər.
Digər ölkələr
12 Dekabr , 2023 18:52
Aİ-nin sanksiyalarının pozulmasına görə cinayət məsuliyyətinin tətbiqini nəzərdə tutan qanun razılaşdırılıb

Avropa İttifaqı (Aİ) Şurası və Avropa Parlamenti Aİ sanksiyalarının pozulmasının cinayət məsuliyyətinə cəlb edilməsinə dair direktiv üzərində razılığa gəliblər.

“Report” xəbər verir ki, bu barədə İspaniyanın Aİ Şurasına sədrliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

“Aİ Şurası və Avropa Parlamenti Aİ sanksiyalarının pozulmasına görə cinayət məsuliyyəti və cəzalar nəzərdə tutan Aİ qanunu üzrə danışıqları başa çatdırıb. Bu direktiv Aİ sanksiyalarını pozan və ya yayınan şəxslərin məsuliyyətə cəlb olunmasını təmin edir”, - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi