Ağ Evdə COVID-19-a yoluxanların sayı artır

Ağ Evdə COVID-19-a yoluxanların sayı artır Ağ Evin mətbuat katibi Keyli Makineninin artıq dörd müavininə koronavirus diaqnozu qoyulub.
Digər ölkələr
7 Oktyabr , 2020 04:59
Ağ Evdə COVID-19-a yoluxanların sayı artır

Ağ Evin mətbuat katibi Keyli Makineninin artıq dörd müavininə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə CNN teleşirkəti bildirib.

Teleşirkətin məlumatlandıran mənbənin sözlərinə görə, söhbət Djeylen Drammonddan gedir. Daha əvvəl Çed Qilmartində və Kerolayn Levittdə koronavirus infeksiyası aşkarlanıb.

Bildirilir ki, hazırda Ağ Evdə ABŞ prezidenti Donald Tramp, Melanya Tramp, Keyli Makineni də daxil olmaqla, koronavirusa 10 nəfərin yoluxduğu məlumdur. Keyli Makineni özünün “Twitter”dəki səhifəsində bildirib ki, ona koronavirus diaqnozu qoyulub. O, qeyd edib ki, karantin qaydalarına riayət edəcək və distant rejimdə işləyəcək.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, o və birinci xanım Melanya Tramp COVID-19-a yoluxub. 

Son xəbərlər

Orphus sistemi