ABŞ Prezidenti Donald Tramp koronavirusa yoluxub

ABŞ Prezidenti Donald Tramp koronavirusa yoluxub ABŞ Prezidenti Donald Tramp bildirib ki, o və birinci xanım Melanya Tramp COVID-19-a yoluxub.
Digər ölkələr
2 Oktyabr , 2020 08:58
ABŞ Prezidenti Donald Tramp koronavirusa yoluxub
Donald Tramp
0 : 00
0 : 00

ABŞ Prezidenti Donald Tramp bildirib ki, o və birinci xanım Melanya Tramp COVID-19-a yoluxub.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. 

Qeyd edək ki, ABŞ prezidenti daha əvvəl məsləhətçisi Xoup Xiksdə koronavirusun aşkarlanmasından sonra özünün verdiyi COVID-19 testinin nəticəsini gözlədiyinə görə karantinə getdiyini açıqlayıb. 

"Çox, hətta kiçik fasilələrsiz işləyən Xoup Xiks yenicə COVID-19 üçün müsbət test verdi. Dəhşət! Biz birinci xanımla öz testlərimizin nəticələrini gözləyirik. Beləliklə, biz karantin prosesinə başlayacağıq!" - deyə Tramp "Twitter"də yazıb.

Bundan əvvəl isə Trampın məsləhətçisi Xoup Xiksə COVID-19 diaqnozu qoyulub. ABŞ liderinin ən yaxın köməkçilərindən olan Xiks çərşənbə axşamı Klivlendə müzakirələrə səfər zamanı, habelə Minnesota ştatında mitinqdə onu müşayiət edib. 

Son xəbərlər

Orphus sistemi