Tanzaniyanın paytaxtı Dodoma şəhəri ətrafında yanacaq daşıyan yük avtomobilinin iştirakı ilə yol qəzası baş verib.
Bu barədə “Report” “Sinxua” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Çamvino rayonunda mikroavtobusla yanacaq daşıyan yük avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, daha 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Uhuru xəstəxanasına çatdırılıb, vəziyyətləri stabildir. İlkin versiyaya görə, qəza mikroavtobus sürücüsünün ötmə əməliyyatı zamanı yol verdiyi qayda pozuntusuna görə baş verib. Polis hadisənin bütün şəraitini araşdırır.