Ağ Ev rəsmisi İsrail baş nazirinin Konqres qarşısında çıxış etmək qərarını qınayır

Ağ Ev rəsmisi İsrail baş nazirinin Konqres qarşısında çıxış etmək qərarını qınayır Obama Netahyahu ilə səfəri zamanı görüşməyəcəyini bildirib
Digər ölkələr
25 Fevral , 2015 22:49
Ağ Ev rəsmisi İsrail baş nazirinin Konqres qarşısında çıxış etmək qərarını qınayır

Bakı. 25Fevral. REPORT.AZ/ ABŞ prezidenti Barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Süzan Rays İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ-ın başçılığı ilə İranla nüvə proqramına dair danışıqlar barədə Konqres qarşısında çıxış etmək qərarını kəskin şəkildə tənqid edib.

"Report" Amerikanın Səsinə istinadən xəbər verir ki, B.Netanyahu Nümayəndələr Palatasının spikeri Con Beynerin martın 3-ü Konqresin birgə iclasında çıxış etmək təklifini qəbul edib.

Amerika tele-jurnalisti Çarli Roza müsahibə verən Süzan Rays bu qərarın ABŞ və İsrail arasında ikitərəfli əlaqələrə "firqəçilik elementi" gətirdiyini bildirib.

Süzan Rays Netanyahunun qərarının uğursuz olduğunu deməklə yanaşı, onu həm də münasibətlərdə mənfi element kimi qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi