Afrikada koronavirusa yoluxanların sayı 27 mini keçdi

Digər ölkələr
  • 24 aprel, 2020
  • 13:51
Afrikada koronavirusa yoluxanların sayı 27 mini keçdi

Afrikada koronavirusa yoluxanların sayı 27 000-i, qurbanların sayı isə 1 200-ü ötüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional nümayəndəliyi yayıb.

Bildirilib ki, Cənubi Afrika Respublikasında (CAR) 3 953, Misirdə 3 659, Mərakeşdə 3 537, Əlcəzairdə 3 007, Kamerunda isə 1 401 nəfərdə koronavirus aşkarlanıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 752 000-i ötüb. Bunların 761 463 nəfəri sağalıb, 192 262 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Bütün Xəbər Lenti